"Barselona" təklifini 130 milyon avroya qaldırıb

14:33 - 28 İyul 2026

"Barselona" "Atletiko"nun hücumçusu Xulian Alvaresin transferi uğrunda mübarizəni davam etdirir

Sportal.az xəbər verir ki, İspaniya çempionu təklifini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa hazırdır. Bu barədə "Touchline" nəşri məlumat yayıb.

Kataloniyalılar potensial transfer məbləğini 130 milyon avroya qədər artırıblar. Bu, 100 milyon avro qiymətləndirilən əvvəlki təklifdən 30 milyon çoxdur.

Eyni zamanda, "Atletiko" rəhbərliyi 26 yaşlı forvardın satışına dair danışıqlara başlamağı planlaşdırmır. Madrid klubu əsas futbolçularından birini buraxmaq imkanını nəzərdən keçirmirlər.

Xəbər xətti