"Bu işlər tam olaraq bitəndən sonra gələcək planlarımla bağlı düşünməyə başlayacağam" - "Səbail"in sabiq icraçı direktoru

16:40 - 27 İyul 2026

"Səbail" satıldıqdan sonra həm klubun icraçı direktoru Firuz Abdulla, həm də idman direktoru Zamiq Hüseynov bu klubdan ayrılıb. Köhnə komandadan yalnız mətbuat katibi Rəşad Məmmədov işini davam etdirir. 

Uzun illər AFFA-da Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan, daha sonra "Səbail"də icraçı direktor postunu tutan Firuz Abdullanın gələcək planlarıyla maraalandıq. Sportal.az saytına açıqlama verən Firuz bəy hal-hazırda "Səbail"lə bağlı işlərlə məşğul olduğunu dedi:

"Düzü, hələ ki sənədləşmə işləri ilə məşğulam. Klubun yeni himayədarlarının adına keçməsi üçün müəyyən hüquqi prosedurlar davam etdirilir. Bu işlər tam olaraq bitəndən sonra gələcək planlarımla bağlı düşünməyə başlayacağam".

Xəbər xətti