Növbəti mövsümdən I Liqada mübarizə aparacaq "Xankəndi" yeni transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi heyətini yeni qapıçı ilə gücləndirib.
Son klubu "Səbail" olan Vüsal Şabanovla mövsümün sonuna kimi müqavilə imzalanıb.
O, əvvəllər "Araz-Naxçıvan"ın da qapısını qoruyub.

