Tanınmış müdafiəçi Türkiə klubuna keçmədi

10:56 - 1 Sentyabr 2026

İsveç millisinin və “Aston Villa”nın müdafiəçisi Viktor Lindelöf son anda karyerasını Türkiyədə davam etdirmək istəməyib.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçuya “Trabzonspor” təklif göndərib.

Lakin Lindelöf bundan imtina edib. O, “Aston Villa”da qalaraq, məhz burada oynamağa qərar verib. Onun Birmingem təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Viktor karyerası ərzində “Vasteras”, “Benfika”, “Mançester Yunayted” klublarında çıxış edib.
 

Xəbər xətti