İtaliyanı Çempionlar Liqasında təmsil edəcək "Komo" hücum xəttini tanınmış forvardla gücləndirmək istəyir.
Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, Sesk Fabreqas komandanın hücum xəttində ÇL təcrübəsi olan forvard görmək istəyir.
Bu mənada, hazırda Braziliya millisinin sabiq üzvü Halkla danışıqlar gedir. 40 yaşlı futbolçunun "Fluminense" ilə hazırki müqaviləsi 2027-ci il dekabrın 31-nə qədərdir.
Halk "Kavasaki Frontale", "Tokyo Verdi", "Porto", "Zenit", "Şanxay SİPG", "Atletiko Mineyro" klublarında çıxış edib.
Əlavə edək ki, "Komo" ilk dəfədir Çempionlar Liqasında çıxış edir. Onların rəqibləri PSJ, "Barselona", "Mançester Yunayted", "Betis", "Leyptsiq", "Feyenoord", AEK və "Lans" klublarıdır.
Halkın transferi baş tutmasa, "Komo" Edin Dzeko üçün danışıqları tez bir zamanda başlayacaq.
saytlarin hazirlanmasi
