“Sabah” daha bir transferə hazırlaşır.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu Nabi Keyta ilə maraqlanır. Bu barədə Macarıstanın “Öltözőn Túl” portalı məlumat verib. “Bayquşlar" “Ferenstvaroş"un yarımmüdafiəçisi ilə danışıq aparır.
31 yaşlı qvineyalı futbolçunun adının “Sabah”ın transfer siyahısında olduğu iddia edilir. Xatırladaq ki, Keyta 2018/19 mövsümündə "Liverpul"la Çempionlar Liqasının qalibi olub. Afrikalı “İstr”, “Zaltburq”, “Leyptsiq”, “Verder” klublarında oynayıb.
saytlarin hazirlanmasi
