"Mançester Siti"ni "Benfika"ya dəyişəcək

21:55 - 1 Sentyabr 2026

"Mançester Siti"nin yarımmüdafiəçisi Klaudio Eçeverri karyerasını Portuqaliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Benfika" argentinalı futbolçunun keçidini həll edib. Bu barədə jurnalist Sezar Luis Merlo məlumat yayıb.

Lissabon klubu 20 yaşlı hücumameyilli yarımmüdafiəçini satınalma bəndi ilə icarəyə götürəcək. Gənc oyunçu bu gün Portuqaliyaya yola düşəcək.

Qeyd edək ki, "Mançester Siti" Klaudio Eçeverrini 2024-cü ilin yanvarında "River Pleyt"dən 18,5 milyon avroya transfer edib. Argentina millisinin üzvü 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Jirona"da çıxış edib. O, La Liqada meydana çıxdığı 17 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti