"Real"ın yarımmüdafiəçisi Manuel Anxel karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, ispaniyalı oyunçu "Fulhem"ə keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Madrid nəhəngi 22 yaşlı futbolçunun növbəti satışından pay əldə edəcək.
Qeyd edək ki, Anxeldən əvvəl Qonsalo Qarsia və Sezar Palasios "Real"dan "Fulhem"ə transfer olunub.
saytlarin hazirlanmasi
