"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasındakı rəqibi bəlli oldu

00:19 - 2 Sentyabr 2026

UEFA Gənclər Liqasında 2026/27 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının rəqibi müəyyənləşib.

Azərbaycan təmsilçisi turnirə ikinci mərhələdən start veriləcək. “Qarabağ” bu raundda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq.

Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.

Xəbər xətti