Azərbaycanın U-17 qızlardan ibarət milli komandası növbəti dəfə Qırğızıstan yığması ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, Bişkek şəhərində baş tutan yoldaşlıq görüşü Qırğızıstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Milli komandamızın heyətində yeganə qolu Xədicə Rəhimova vurub.
Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 millimiz avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi
