“Lion” Keyto Nakamuranı transfer etdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı vinger “Reyms”dən “Olimpik”ə keçib və 2030-cu ilə qədər müqavilə imzalayıb. “Lion” bildirib ki, transferin sabit məbləği 1 milyon avro təşkil edib, daha 19 milyon avro isə bonuslar şəklində ödənilə bilər. Bundan əlavə, “Reyms” futbolçunun növbəti satışından əldə olunacaq məbləğin 12,5 faizini ala bilər.
Qeyd edək ki, Nakamura ötən mövsüm Liqa 2-də 29 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib. O, komandasının ən yaxşı bombardiri olub.
saytlarin hazirlanmasi
