"Sabah" dünyanın ən güclü klublarına qarşı oynayacaq, Bakıdakı matçlar ölkə üçün əsl bayram olacaq"

20:34 - 3 Sentyabr 2026

"Sabah"ın sabiq futbolçusu Erik Ramos Sportal.az saytına açıqlama verib.

O, Azərbaycan çempionunun Çempionlar Liqasına vəsiqə qazanmasını şərh edib:

"Sabah"ın əldə etdiyi uğura görə qürurluyam. Çünki mən 2018-2019-cu illərdə bu klubun futbolçusu olmuşam. "Sabah"ın bu mövsümkü ÇL-dəki oyunlarının ən yaxşı anlarını, epizodlarına baxmışdım. Həqiqət bu idi ki, onlar inanılmaz oyunlar oynadı, "Sabah" Çempionlar Iiqasının seçmə mərhələsində əla oyun nümayiş etdirdi. Ən vacib məsələ ölkəni yüksək səviyyədə təmsil etməkdir. "Sabah" dünyanın güclü klublarına qarşı oynayacaq. Hansı ki, rəqibləri çempion olmağa da namizəddirlər. "Barselona", "Arsenal", "Mançester Yunayted"in gücünü hamımız bilirik. Təsəvvür edirəm ki, Bakıdakı matçlar ölkə üçün bu klubları qəbul etmək baxımından əyləncə və bayram olacaq". 

39 yaşlı futbolçu 2018-2019-cu ildə "Sabah"da oynayıb. O, həmin illəri də xatırlayıb: "Mənim dövrümdə "Sabah" klubu peşəkar qurum kimi ilk addımlarını atırdı. Klub tamamilə inkişaf edib, yaxşı oyunçular gətiriblər. Üstəlik, klubun büdcəsi 10 dəfə artıb. “Sabah”a uğurlar arzulayıram ÇL-də də".

Mirbağırağa

Xəbər xətti