"Sabah"ın 25 yaşlı yarımmüdafiəçisi Abdulax Xaybulaev Sportal.az saytına müsahibə verib:
- VIII turda "Qəbələ"ni 4:0 hesabı ilə məğlub etdiniz. Bu cür böyükhesablı qələbə gözləyirdiniz?
- Hesabı gözləyib-gözləməsək də, biz oyuna qələbə üçün çıxmışdıq. Rotasiyalarımız da var idi. Yaxşı oynamaq vacib idi. Nəticə də yaxşı oldu.
- Ağır qrafikiniz var. Qarşıda sizi "Borussiya" ilə görüş gözləyir. "Qəbələ" ilə oyuna hazırlaşa-hazırlaşa "Borussiya"nı düşünürdünüz?
- Xeyr,xeyr. Heç vaxt bizdə belə bir şey olmur. Növbəti matçda hansı rəqiblə qarşılaşırıqsa, yalnız o komanda haqda fikirləşirik. İlk növbədə "Qəbələ"yə qarşı hazırlaşırıq.
- Hər zaman deyirlər ki, hava şaraitinə görə Qəbələdə oynamaq çətindir. Bunu hiss edirsiz?
- Əvvəl belə bir şey var idi. Amma düzü indi belə deyil. Bu dəfə çox yaxşı idim. Düzdür, deyəsən digər uşaqlarda belə bir şey var idi.
- "Qəbələ" ilə görüşdə öz performansından razı qaldın? Qol da vurdun...
- Komanda olaraq oyunumuz yaxşı alındı. Öz oyunum haqda nəsə deyə bilərəm. Bunu kənardan görənlər - məşqçilər korpusu və siz jurnalistlər deyə bilərsiz.
- Son matçda millidə də qol vurmuşdun...
- Bəli, millidə vurmuşdum. Bu mösvüm qol vurmaq alınır. Buna qədər heç alınmırdı(gülür). Motivasiya hər zaman yüksək olur. Oynadıqca, tonusda olursan.
- Avrokuboklarda az oynayırsan. Ruhdan düşmürsənki?
- Ruhdan düşmək olmur. Çempionatda da oynayıram, avrokuboklarda da meydana çıxıram. Bəli, mənim mövqeyimdə rəqabət böyükdür. Meydana çıxıramsa, maksimumu verməyə çalışıram.
- Milli və "Sabah"... Sənin üçün oyun planında dəyişiklik çox fərqlidir? Millidə əsas oyunçu hesab edilirsən...
- Şans verilirsə, oynayıram. Heç vaxt ruhdan düşmürəm. Vacib olan da budur.
- Qarşıdakı matç "Borussiya"ya qarşıdır. Ssürpriz edə bilərsiz?
- Əlbəttə, edə bilərik. Öz meydançamızda oynayırıq. Özü də, Çempionlar Liqasında ilk qələbəmizi qazandıq. Üstəlik, "Qəbələ"ni səfərdə inamlı şəkildə məğlub etdik. Oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq. Hər şey mümkündür. Niyə də olmasın? Fikrimcə, bu matçda azarkeşlər daha çox olacaq. Ona görə də onların da dəstəyi ilə çalışacağıq ən yaxşısını edək.
- Bakı Olimpiya Stadionunda oynamaq necədir? Stadion böyükdür, amma azarkeş az gəlir...
- İlk dəfə oynayırdım. Bilirsiz, onsuz da meydana çıxanda, oyuna fokuslanırsan və onsuz da hiss etmirsən ki, böyük stadiondasan, azarkeşlər çoxdur, ya azdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi
