“Qalatasaray” Fransada davam edən kütləvi etirazlar fonunda UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Lill”ə qarşı keçiriləcək səfər oyununda təhlükəsizliyin təmin olunması üçün UEFA-ya müraciət etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, komandalar arasında qarşılaşma oktyabrın 21-də Lill şəhərindəki “Pyer Morua” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
“Qalatasaray” Fransa səfirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır. Türkiyə klubu matçın təxirə salınmasını tələb etmək niyyətində deyil, lakin təhlükəsizlik tədbirlərinin gücləndirilməsində israr edir. Bundan əlavə, “Qalatasaray” klub nümayəndə heyətinin və azarkeşlərin təhlükəsizliyinin təmin olunması üçün UEFA-ya müraciət edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünə uğursuz başlayan “Qalatasaray” “Sportinq”ə (1:3) və “Barselona”ya (1:4) məğlub olub. “Lill” isə “Betis”ə (2:3) və “Arsenal”a (0:3) uduzub.
saytlarin hazirlanmasi
