"Çox yaxşı plov hazırlayıram”
“Xəzər Lənkəran” komandasının sahibi, biznesmen Mübariz Mənsimov Türkiyədə Milliyət"ə müsahibə verib.
Sportal.az həmin müsahibədən maraqlı məqamları təqdim edir.
“Həftədə dörd dəfə yemək bişirirəm, çox yaxşı plov hazırlayıram”
“Uzun müddət yalnız yaşadığım və cavanlığımda bir vaxtlar gəmidə aşpazlıq etdiyim üçün yemək bişirməyi bacarıram və sevirəm. Müxtəlif növ yemək hazırlayıram. Əgər evdəyəmsə, o zaman həftədə 3-4 gün yemək bişirirəm. Uşaqlarımı məktəbə yola salmamışdan qabaq onlar üçün səhər yeməyi hazırlayıram. Əsəbimi sakitləşdirmək üçün bəzən dostlarım üçün də yemək hazırlayıram. Qəşəng spagetti hazırlayıb, plov bişirirəm".
“Bu aralar kökəlmişəm”
“Hər səhər mütləq üzürəm. Həm də qaçıram. Amma, bu aralar biraz kökəlmişəm. Təxminən kilo yarım çəkim artıb. Bodrumdakı komandamızda dietoloqlar var. Onlar gələnə qədər arıqlamasam, yəqin ki, müraciət edəcəm”.
“Futbolçunun anası bizim də anamızdır, söyüş söyməyin”
“Yaxın dostum Fərid Şahəng “Fənərbaxça”lıdır. Amm, Fərid bəy də, “Qalatasaray”lılar da inciməsin, mənə görə Türkiyənin tək xalq komandası “Beşiktaş”dır. Keçmiş idmançıyam. Futbolda şiddətə qarşıyam. Futbolda şiddət, söyüş olmasın, kifayətdir. Mənim Azərbaycanda komandam var. 9 milyonluq azərbaycanlıdan 3 milyonu bu komandanı dəstəkləyir. Ağızlarından söyüş çıxmır. Bu söyüşləri aradan qaldırmaq lazımdır. Futbolçunun anası anamız, bacısı bacımızdır”.
saytlarin hazirlanmasi