Cavid Hüseynov: "Hesab oyuna görə olmadı"
"Maraqlı oyun oldu. Qol vurmaq üçün bir neçə epizoddan yararlana bilmədik. Hesab oyuna görə olmadı. Komandam sona kimi mübarizə apardı. Məğlub olduğumuz üçün təəssüflənirəm."
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın yarımmüdafiəçisi Cavid Hüseynov deyib. Hüseynov meydana çox vaxt əvəzetmədən daxil olmasına da münasibət bildirdi:
"Bu, baş məşqçinin qərarıdı və hörmətlə yanaşıram. Baş məşqçi ilə heç bir problemim yoxdu. Hər şey qaydasındadı."
saytlarin hazirlanmasi