"Xəzər Lənkəran"a "İnter" öncəsi bəd xəbər

13:00 - 1 Dekabr 2013

Alvaro Silva bu matçda forma geyinə bilməyəcək
 
Premyer Liqanın XVI turunda "İnter"in qonağı olacaq "Xəzər Lənkəran" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar"ın aparıcı müdafiəçisi olan Alvaro Silva paytaxt təmsiliçinə qarşı oynaya bilməyəcək.
 
Buna səbəb Silvanın sarı vərəqə limitini doldurması olub. Dünən AZAL-la baş tutan oyunun 65-ci dəqiqəsində rəqibi tutduguna görə sarı vərəqə alan ispan müdafiəçi cəzalı duruma düşüb.

Xəbər xətti