Mourinyonun şərəfinə 11 nüsxəli avtomobil buraxılacaq

16:31 - 14 Dekabr 2013

Yeni modelin premyerası 2014-cü ildə olacaq
 
Mansory alman kökləmə-emalatxanası Raff House özəl zərgərlik klubu ilə birgə hazırda Londonun Çelsi klubuna başçılıq edən futbol məşqçisi Joze Mourinyonun şərəfinə adlandırılacaq superkar hazırlayacaq.
 
Sportal.az istinadən bildirir ki, superkarın kuzovu tamamilə karbondan olacaq. Yalnız xüsusi çalarlı xromlanmış alüminiumdan hazırlanacaq arxa spoyler və hava giriş dəlikləri istisnadır. Super avtomobil 750-güclü mühərriklə hərəkətə gətiriləcək. Hələlik güc qurğusu haqqında daha ətraflı məlumat yoxdur.
 
Cəmi 11 nüsxə buraxılacaq superkarın birinci nüsxəsi məşhur portuqaliyalıya çatacaq. Yeni modelin premyerası 2014-cü ildə olacaq.

Xəbər xətti