"O, futbol tarixinin ən yaxşı futbolçularından biridir"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo dünən İngiltərə Federasiya kubokunda "Derbi" ilə matçdan sonra dünyasını dəyişən Portuqaliya futbolunun əfsanəsi Eysebio haqda danışıb.
Sportal.az xəbər verir ki, Mau Eysebionun çox önəmli şəxsiyyət olduğunu deyib:
"O, futbol tarixinin ən yaxşı futbolçularından biridir. Eysebio Pele ilə eyni səviyyədədir. Onun kimilər heç vaxt ölməzlər. Tarix kitabları Eysebio kimi futbolçuların ölməsinə icazə verməz".
saytlarin hazirlanmasi