Anar Salmanov bağışlandı və Antalyaya aparılır

14:47 - 6 Yanvar 2014

Ona Premyer Liqada təyinat veriləcək
 
2013-cü ölkə kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qarabağ" matçında kobud səhvə yol verən və uzunmüddətli cəzaya məruz qalan FİFA referisi Anar Salmanov bağışlanıb.
 
Sportal.az xəbər verir ki, etibarlı mənbədən verilən məlumata görə, qış fasiləsindən sonra ona Premyer Liqada təyinat veriləcək.
 
Bundan başqa, onun adı Antalyaya aparılacaq hakimlər siyahısına salınıb(rekord.az).

Xəbər xətti