Kamran Ağayev: “İstəsəm siqaret də çəkərəm, araq da içərəm"

16:08 - 6 Yanvar 2014

"Düzdür arada qəlyan çəkirəm"
 
"Futbolinfo.az” saytı “Bakı”nın futbolçularının istirahət zamanı çəkilmiş fotosunu yayıb. 
 
Şəkildə yığmamızın da üzvləri olan Elvin Məmmədov, Cavid Hüseynov, Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və indi “Rəvan”da icarədə olan Aqil Nəbiyevin arxasında əyləşdiyi masanın üzərində bir qutu siqaret də var. 
 
Sportal.az xəbər verir ki, məsələyə münasibət bildirən Kamran Ağayev bunları deyib: 
 
“Allahdan başqa heç kimdən qorxmuram.Birincisi mən indiyə qədər siqaret çəkməmişəm. İstəsəm siqaret də çəkərəm, araq da içərəm.  Çəksəm belə bu, heç kəsə mənim şəxsi həyatıma müdaxilə etmək hüququ vermir. Allah qarşısında vicdanım təmizdir.Düzdür arada qəlyan çəkirəm. Belə xəbərləri yayanları Allaha tapşırıram”.
 
interpress.az

Xəbər xətti