Pantiç: "Vaxtilə "Atletiko"da həmin rolu mən oynayırdım"
"Bu çox yaxşı təcrübədir. Düzdür, ağırdır, ancaq gözəldir. Komandada hələ çox şey üzərində işləmək lazımdır. Çünki biz güclü yerli komandalara qarşı mübarizə aparırıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç İspaniya mətbuatına verdiyi açıqlamasında deyib. Serbiyalı mütəxəssis yaxın gələcəkdə Azərbaycan dilində danışmağı öyrənəcəyinə dair söz verib:
"Söz verirəm ki, Azərbaycan dilini öyrənəcəm. Ancaq hələ ki, mənim ispan dili üzrə tərcüməçim var. Bununla belə, mən rusca da danışıram. Bu dili bizə 8 yaşından məktəbdə öyrədiblər. Bakıda rus dilində insanlarla danışmaq olur. Kokenin hazırki çıxışı məni çox sevindirir. O tərifi haqq edir. Koke çox güclü futbolçudur və əminəm ki, yaxın gələcəkdə məni də ötüb keçəcək. Mən "Atletiko"ya karyeramın 30 yaşımda gəlmişdim. Koke isə hələ gəncdir və onun qarşısında xeyli il var. Düşünürəm ki, o digər futbolçulara yaxşı örnəkdir. Koke hazırda baş məşqçi Dieqo Simeonenin sağ əlidir. Vaxtilə "Atletiko"da həmin rolu mən oynayırdım".
saytlarin hazirlanmasi