"Fənərbaxça"nın qapıçısı xəstəxananı bağlatdırdı

12:45 - 18 Yanvar 2014

Volkan Dəmirəldən gözlənilməz addım
 
"Fənərbaxça" klubu və Türkiyə yığmasının qolkiperi Volkan Demirel övladını dünyaya gətirəcək xanımı Zeynep Demirel üçün xəstəxananın bir mərtəbəsini qapadıb.
 
Sportal.az xəbər verir ki, Volkan Demirel ötən ay hamilə xanımına 750 min lirəyə cip hədiyyə almışdı.
 
İndisə V.Demirel İstanbuldakı Nişantaşı Amerikan Xəstəxanasında yatan Zeynep Demirel üçün palatanın olduğu mərtəbəni iki günlyə bağlatdırıb.
 
Demirelin sözlərinə görə, ailəsinin rahatlığı üçün belə edib.

Xəbər xətti