Sportal.az xəbər verir ki, səfər H.Məmmədovun sahibi olduğu “Lans” klubunun Fransanın yüksək liqasına vəsiqə qazanması ilə əlaqədardır. Səfər zamanı H.Məmmədov Fransa Peşəkar Futbol Liqasının prezidenti Frederik Thiriezlə görüşüb.
Görüşdə 2014/15 mövsümündən “Lans”ın Fransa çempionatında iştirakı ilə bağlı məsələ müzakirə olunub.
Məmmədov 2014/2015 mövsümü üçün "Lans”a daha 15 milyon avro yatıracağına söz verib. Klubun ümumi maaş büdcəsi 13 milyon təşkil edəcək. Mövsüm ərzində xərclənən vəsaitlər isə 40-45 milyon avronu əhatə edəcək.