“Braziliyaya uçub gələndə hər hansı həyəcan artıq orada özünü göstərəcək. Hələ böyük məsuliyyət var. Belə bir yarışda öz ölkəsinin təmsil etmək hər bir futbolçunun arzusudur. Mənim dizlərim isə çoxdan əsmir. Ancaq etiraf edim ki, biz Bakıda oynayanda həyəcan keçirirdim. Can atdığımız DÇ-yə çıxmaq üçün həlledici oyun, ajiotaj. Bəlkə də Azərbaycanda oynamağımız da azacıq təsir edirdi”.
Azərbaycan yığmasında oynamaqdan imtina etdiyinə görə, bir dəfə də olsun peşmançılıq çəkməsi haqda suala isə Səmədov qısa cavab verib: “Heç vaxt”.