"Xəzər Lənkəran"a 1 xal qazandıran qolun müəllifi komandadan ayrılır

12:30 - 29 Sentyabr 2014

Yarımmüdafiəçinin artıq klubu da məlumdur

 

“Xəzər Lənkəran”ın makedoniyalı futbolçusu Deyan Blajevski komandadan ayrılacaq.

 

Sportal.az Makedoniya mətbuatına əsasən xəbər verir ki, 28 yaşlı futbolçu qış transfer pəncərəsində komandadan ayrılıb öz ölkəsində karyerasını davam etdirəcəyi bildirilir.

 

Artıq onun çıxış edəcəyi klub da məlumdur. O, “Vardar” klubu ilə müqavilə bağlayacaq.

 

Qeyd edək ki, Deyan Blajevski "Xəzər Lənkəran"ın heyətində 16 matça çıxıb. Çıxdığı oyunlarda 2 qol vurub ki, bu qollardan  birini dünən "Qəbələ"nin qapısından keçirib və komandasına 1 xal qazandırıb.

Xəbər xətti