"Bakı" 133 gün idi ki, bunu gözləyirdi

12:57 - 29 Sentyabr 2014

Uğursuz seriyaya son

 

“Bakı” qələbəsiz oyunlar seriyasına son qoyub. 

 

Sportal.az xəbər verir ki,  cari mövsümdə qələbə qazanmayan yeganə komanda olan paytaxtın eyniadlı təmsilçisi VII turun “Araz-Naxçıvan”la qarşılaşmasında 3 xal əldə edib – 2:1.

 

Sonuncu qələbəsini ötən mövsümün axırıncı turunda əldə edən bakılılar mayın 17-də “Rəvan”a qalib gəlmişdi – 3:2. Növbəti çempionat qələbəsini 133 gün gözləyən “Bakı” bu müddətdə 5 uğursuz matç keçirmişdi. Bu qarşılaşmalarda cəmi 1 xal qazanan paytaxt təmsilçisinin mövsümdəki ilk qələbəsi həm də baş məşqçi İbrahim Uzunca üçün əlamətdar olub. Türkiyəli mütəxəssis Premyer Liqada ilk dəfə 3 xala sevinib.

Xəbər xətti