"Qarabağ"ın rəqibinin türk futbolçusu sıradan çıxdı

14:40 - 29 Sentyabr 2014

Fransa klubunda ciddi itki

 

"Avropa Liqası"nın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent Etyen" klubunda ciddi itk yaşanıb.

 

Sportal.az xəbər verir ki, dünən keçirilən "Marsel" - "Sent Etyen" qarşılaşmasının 41-ci dəqiqəsində zədələnərk meydanı tərk edən Mövlut Erdinçin ən azı 3 həftə meydanlardan uzaq qalacağı bildirilir.

 

Qeyd edək ki, oktyabrın 2-də doğma meydanda "Dnepr"i qəbul edəcək Fransa klubunun heyətində Mevlut Erdinçin forma geyniməyəcəyi fransızlar üçün çox böyük itki sayılır.

Xəbər xətti