Müqaviləni birtərəfli şəkildə pozdu
Futzal üzrə milli komandamızın və “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva müqaviləsini AFFA ilə müqaviləsini birtərəfli şəkildə pozub.
Sportal.az xəbər verir ki, onun artıq yeni komandası da məlumdur. Belə ki, daha əvvəl də çalışdığı Qazaxıstanın "Kayrat" klubu ilə razılıq əldə edib.
“Kayrat”da köməkçi məşqçi qismində fəaliyyət göstərəcək. 46 yaşlı mütəxəssis artıq oktyabrın 1-də “Kayrat”ın dünya superkobukunun yarımfinalında keçirdiyi matçda texniki zonada olub. Belə ki, Qazaxıstan təmsilçisi Tailandın “Çonburi Blu Veyv” klubunu 6:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Joze Alesio 2 dəfə “Araz”la UEFA Kubokunun bürünc mükafatına sahib olub. O, 3 dəfə Azərbaycan millisini Avropa çempionatının final mərhələsinə çıxarıb.
saytlarin hazirlanmasi