Komanda səfərdə qalib gəlib
Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsisçisi olduğu İngiltərə çempionu "Baku United" klubu UEFA Futzal Kubokunun əsas mərhələsində növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, "Baku United"in rəqibi Serbiya çempionu "Ekonomak" komandası olub. Komanda rəqibini səfərdə 4:1 hesabı ilə üstələyərək İngiltərənin futzal, Azərbaycanın isə diaspora tarixində yeni səhifə açib. "Baku United" UEFA Futzal Kubokunun Elit mərhələsinə yüksələn ilk İngiltərə klubu olub.