Fransız futbolçunun müqaviləsi bitir
"Nyu-York Red Bulls" klubunun hücumçusu Tyeri Anri bu ilin sonunda komandanı tərk edəcək.
Sportal.az xəbər verir ki, klub rəhbərliyi müqaviləsi başa çatan fransız futbolçuya yeni sözləşmə təklif etməyib.
Qeyd edək ki, Anri 2010-cu ildən "Nyu-York Red Bulls" klubunda çıxış edir. Hücumçu bu mövsüm keçirdiyi 27 oyunda 9 qol vurub.