"Ağ-yaşıllar" Lənkərana üz tutdular
Premyer Liqada yaranmış fasilə zamanında istirahət edən “Xəzər Lənkəran” öncədən planlaşdırıldığı kimi dünən Bakıda bir araya gəlib.
Sportal.az xəbər verir ki, paytaxtın “Emerald” otelində saat 14:00-da toplandıqdan sonra komanda Lənkərana yola düşüb.
Doğma şəhərə çataraq özünün baza-otelində məskunlaşan “Xəzər Lənkəran” qarşıdakı iki həftə ərzində də məşqlərini öz bazasının meydançasında keçirəcək.
Qeyd edək ki, “ağ-yaşıllar” Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 19-da “Fırtınalar meydanı”nda “Bakı” klubunu qəbul edəcək.
saytlarin hazirlanmasi