Naxçıvan klubunda sevindirici xəbər
Premyer Liqanın 8-ci turunda AZAL-ı qəbul edəcək olan "Araz-Naxçıvan" bu oyunun hazırlıqlarına start verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bu gündən etibarən Naxçıvanda bir araya gələn komandanın heyətində zədəli futbolçular geri qayıdıb.
Belə ki, son turları azarkeş kimi izləyən Tərlan Xəlilov, Azər Məmmədov və Qərib İbrahimov bu gün komanda ilə məşqə çıxıblar. Yalnız zədəsi tam olaraq sağalmayan Hüseyn Axundovun isə müalicəsi davam edir. Günün ilk yarısında baş tutan məşqdə futbolçular daha çox yüngül məşqə üstünlük veriblər. Sabahdan etibarən Əsgər Abdullayevin yetirmələri gündə iki dəfə meydana çıxacaqlar.
Qeyd edək ki, "Araz-Naxçıvan" - AZAL matçın oktyabrın 18-də Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq
saytlarin hazirlanmasi