"Jalgiris" növbəti çempionluğun bir addımlığında

13:35 - 6 Oktyabr 2014

Son 6 oyunda 4 xal kifayət edir

 

Litva çempionatında 30-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, “Jalgiris” ən yaxın izləyicisi “Trakai” klubunu 3:0 hesabı ilə məğlub etməklə növbəti çempionluğuna bir addım da yaxınlaşıb.

 

Bu qələbə sayəsində xallarının sayını 71-ə çatdıran Vilnüs klubu “Trakai”ni 15 xal qabaqlayır.

 

Qeyd edək ki, çempion olmaq üçün “Jalgiris”ə son 6 oyunda 4 xal yığmaq kifayət edir.  

Xəbər xətti