Komanda çempionata hazırlaşır
AZAL hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, sözügedən komanda “AZAL Arena”da gündəlik məşqlərinə ara vermir. İki gün davam edən sıx hazırlıq qrafikindən sonra baş məşqçi Tərlan Əhmədovun istəyi ilə ikitərəfli oyun baş tutub.
Şərti olaraq “yaşıllar” və “qırmızılar”a bölünən komanda 1 saat davam edən matçda qalibi müəyyən edə bilməyib. Tərəflər hərəyə bir qol vurduğundan matç “sülh”lə başa çatıb. “Yaşıllar”dan Rəşad Abdullayev, “qırmızılar”dan isə Freddi Mombonqo fərqlənib.
saytlarin hazirlanmasi