Müdafiəçi milli komandaya kömək edə bilməyəcək
İspaniyanın "Real" klubu və Portuqaliya millisi ciddi itki ilə üzləşib.
Sportal..az xəbər verir ki, Fabio Koentrao Oktyabrın 11-də Fransa yığmasıyla yoldaşlıq görüşündə komandasına kömək edə bilməyəcək.
Müdafiəçi "Avro-2016"nın seçmə mərhələsində Danimarka ilə matçda da iştirak etməyəcək.