AZAL "Qəbələ" ilə səfərdə qarşılaşacaq
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, yığma komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan komanda bu məqsədlə yoldaşlıq oyunu da keçirəcək. "Təyyarəçilər" oktyabrın 9-da "Qəbələ" ilə qarşılaşacaq. AZAL artıq Qəbələyə yollanıb. Bu gün Qəbələ şəhər stadionunda məşq edəcək AZAL, sabah saat 16:00-da yoxlama matçında meydana çıxacaq.
saytlarin hazirlanmasi