Millinin keçmiş üzvü prezident seçildi

19:50 - 8 Oktyabr 2014

"Mənə inanan hər kəsə təşəkkür edirəm"

 

Argentina millisinin sabiq futbolçusu Xuan Sebastyan Veron  "Estudiantes"ə geri dönüb.

 

Sportal.az xəbər verir ki, Veteran futbolçu klubun yeni prezidenti vəzifəsinə təyin olunub. Argentinalı yeni işi ilə bağlı mətbuat nümayəndələrinə açıqlama verib:

 

"Mənə inanan hər kəsə təşəkkür edirəm. Bu, böyük sevincdi. Düşünürəm ki, "Estudiantes" üçün ən yaxşısını edəcəyəm."

 
Qeyd edək ki, Veron 1994-cü ildə "Estudiantes"də ilk matşına çıxıb. Veteran futbolçu karyerasını elə sözügedən klubda da yekunlaşdırıb. O, 1996-2010-ci illər ərzində də Argentina millisində çıxış edib.

Xəbər xətti