Paytaxt klubu failədən maksimum istifadə edir
Premyer Liqada yaranan fasilədən istifadə edən "Bakı” futbol klubu təlim-məşq toplanışı keçirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Komanda paytaxtın "Qorqud Palace” otelində məskunlaşıb. Toplanış iki mərhələdən ibarətdir. Birinci mərhələ 7-12 oktyabr tarixinı əhatə edəcək. Bu müddət ərzində komanda gündə iki dəfə məşq edəcək. Bu gün isə saat 16:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda İbrahim Uzuncanın yetirmələri "Neftçi” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oyundan sonra bir günlük istirahətin ardından təlim-məşq toplanışının ikinci mərhələsi start götürəcək. 13-18 oktyabr tarixlərini əhatə edəcək bu mərhələdə daha bir yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Təlimlərin ardından komanda Premyer Liqanın VIII turunun oyununu keçirmək üçün Lənkərana səfər edəcək
saytlarin hazirlanmasi