"Xəzər Lənkəran"dan qələbə

13:20 - 10 Oktyabr 2014

Yoxlama görüşü

 

“Xəzər Lənkəran” Lənkəranda keçirdiyi hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, komanda bu gün “Xəzər Lənkəran” Mərkəzi stadionunda əvəzedici heyəti sınağa çəkdi.

 

Hər biri 30 dəqiqədən ibarət olan iki hissəli matçın ilk dövrəsini Fernando Qabrielin cərimə zərbəsindən vurduğu qolla əsas komanda qalib başa vurdu. Fasilədən sonra İlqar Ələkbərov hesabda tarazlıq yaratsa da son dəqiqələrdə Qalin İvanov yekun nəticəni müəyyənləşdirdi - 2:1.

 

 

Yoxlama oyunundan sonra iki günlük istirahətə çəkiləcək komanda  12 oktyabrdan etibarən hazırlığını yenidən Lənkəranda bərpa edəcək.

Xəbər xətti