Tərlan Əhmədovun məşhur avtoqolu: Azərbaycan - İtaliya 0:2 VİDEO

14:15 - 10 Oktyabr 2014

Tarixə nəzər

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq millimizin 2002-ci ildəki İtaliya ilə oyunundan maraqlı kadrları sizə təqdim edirik.

 

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan - İtaliya qarşılaşmasında qonaqlar iki cavabsız qola sevinmişdi. Qapımıza vurulan ilk qol avtoqoldan vurulmuşdu. Belə ki, həmin qarşılaşmada ən yaxşı oyunlardan birini keçirən milli komandamız Emin Ağayevin səhvindən sonra qapımız önünə paralel ötürmə zamanı Tərlan Əhmədov topa uğursuz toxunması stadiona toplaşan azarkeşləri məyus etmişdi.

 

Həmin vaxt stadiondan oyunu canlı izləyən Milli Olimpiya Komitəsinin prezidenti və indiki dövlət başçısı İlham Əliyevin milli komandamıza necə azarkeşlik etdiyi və Əhmədovun avtoqoluna reaksiyası da görüntülərdə əks olunub.

Xəbər xətti