İbrahim Uzunca: "Bu, bizim xeyrimizədir"

17:05 - 10 Oktyabr 2014

"Əsasən taktiki çalışmalar üzərində işləyəcəyik"

 

"Bakı"nın baş məşqçisi İbrahim Uzunca çempionatda yaranmış fasilədə təlim-məşq toplanışı keçirmələrindən danışıb.

 

Sportal.az xəbər verir ki, klubun rəsmin saytı ilə fikirlərini bölüşən türkiyəli mütəxəssis bunları söyləyib:
 
“Bilirsiniz ki, Premyer Liqada fasilədir. Bu hamıdan çox bizim xeyrimizə oldu. Çünki komandamız çempionata təlim-məşq toplanışı keçirmədən qatılmışdı. Ona görə də bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışırıq. Təlim-məşq toplanışının ilk mərhələsini köməkçilərimlə birgə əsasən sürətli və texniki çalışmalar, həmçinin fərdi çatışmazlıqların aradan qaldırılması üçün təmrinlər üzərində  qurmuşuq. İkinci mərhələdə məşqlərdə intensivliyi səngidib əsasən taktiki çalışmalar üzərində işləyəcəyik”.

Xəbər xətti