"Işlərinin çoxluğu ilə əlaqədar klubdan ayrılıb"
Azərbaycan Birinci divizionunda münarizə aparan "Rəvan"dan klub rəhbərliyindəki yerdəyişmə ilə bağlı xəbərlərə rəsmi münasibət bildirilib.
Klubun mətbuat katibi Şamo Quliyev "sportnet.az"a açıqlamasında Bəhruz Şirəliyevin vitse-prezident postundan kənarlaşdırılmasını təsdiqləyib.
Onun sözlərinə görə, Şirəliyev işlərinin çoxluğu ilə əlaqədar tutduğu vəzifədən ayrılıb: "Bildiyiniz kimi, "Rəvan" cari mövsümdə uğurlu çıxış edir, komanda məğlub olmayıb, ardıcıl 4 görüşdür qalib gəlir. "Rəvan" yaranandan Bəhruz müəllim klubda olub, bu sahədə yetərincə təcrübəyə sahib birisidir. Arada heç bir narazılıq-filan olmayıb. Sadəcə, indi digər işlərinin çoxluğu ilə əlaqədar klubdan ayrılıb. Həm də komanda birinci divizionda oynadığı üçün viste-prezidentin işləri o qədər də çox deyil".
Şirəliyevin əvəzinə vitse-prezident postuna İlqar Axundov gətirilib.
saytlarin hazirlanmasi