Nikitsa Yelaviç milli komandanı tərk etdi
Xorvatiya yığmasının futbolçusu Nikitsa Yelaviç milli komanda ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Yelaviçi Bolqarıstanla qarşılaşmada meydana buraxmayıb. Niko Kovaçın qərarından təsirlənən futbolçu milli komandadan ayrıldığını açıqlayıb.
Qeyd edək ki, Xorvatiya millisi oktyabrın 13-də Azərbaycan yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.