Beynəlxalq turnirdə iştirak edəcək
Futzal üzrə milli komandamız Daşkənddə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Sportal.az xəbər verir ki, Özbəkistanın paytaxtında noyabrın 30-dan dekabrın 3-dək davam edəcək turnirdə 4 komanda iştirak edəcək.
Meydan sahibi və millimizlə yanaşı Qazağıstan yığmasının da iştirakı dəqiqləşdiyi turnirdə 4-cü komandanın kimliyinə hələ ki, aydınlıq gəlməyib. Meydan sahibləri daha bir Avropa yığmasının gəlişini təmin etmək üçün səylər göstərirlər.
saytlarin hazirlanmasi