Baş katibdən açıqlama
AFFA Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Melis Sarıaltınla bağlı qalmaqala rəsmi münasibət bildirib.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, assosiasiyanın baş katibi Elxan Məmmədov Almaniya "Bayer”inə məxsus yarımmüdafiəçinin Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna etiraz aksiyalarına qoşulmasına, əyninə "Kurdistan” ("Kürdüstan") yazılmış köynək geyinib, PKK terrorçularının lideri Abdullah Öcalanın fotosunu əks etdirən bayrağa sarılmasını pisləyib.
Məmmədov belə halların əleyhinə olduğunu qeyd edib: "Qeyd etmək istərdim ki, idman, o cümlədən futbol siyasətdən uzaq olmalıdı. Melis Sarıaltın aşağı yaş qruplarından ibarət yığma komandamızın heyətində oynayıb. Bir Azərbaycan vətəndaşı olaraq, onun bu hərəkətini – tanınmamış bir ölkənin bayrağını təbliğ etməsinin əleyhinəyəm”.
Xatırladaq ki, Melis "facebook”dakı profilində paylaşdığı fotoya "Kobani yalqız deyil” statusunu yazıb. Onun da sıralarında olduğu nümayişçilər PKK lideri Öcalanın şəkli olan bayraq qaldırıblar
saytlarin hazirlanmasi