Jaba dönüşündə 2 qol vurdu, "Bakı" qələbə qazandı

18:40 - 14 Oktyabr 2014

Komanda inamlı qələbə qazanıb

 

Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Bakı" klubu bu gün növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, paytaxt klubu birinci divizion təmsilçisi "Bakılı" ilə üz-üzə gəlib.

Qarşılaşma "Bakı"nın qələbəsi ilə yekunlaşıb. Risto Ristoviç və Jabanın dublu İbrahim Uzuncanın komandasına böyükhesablı qələbə qazandırıb - 4:1

Xəbər xətti