Müqavilə qarşılıqlı olaraq ləğv edilib
Belarus millisinin baş məşqçisi istefa verib.
Sportal.az xəbər verir ki, Georgi Kondratyev postunu tərk edib. Buna səbəb millinin AÇ-2016-nın seçmə mərhələsində öz meydanında Slovakiyaya 1:3 hesabı ilə məğlub olmasıdır. Belarus Futbol Federasiyası baş məşqçi ilə müqavilənin qarşılıqlı şəkildə pozulmasına qərar verib.
Qeyd edək ki, Kondratyev 2011-ci ildən Belarus yığmasını çalışdırıb. Onun rəhbərliyi altında AÇ-2016-nın seçmə mərhələsində 3 oyun keçirən Belarus millisi cəmi 1 xal qazana bilib.