Komandanın heyətində ulduz futbolçular zədəlidir
Almaniya millisi əsas futbolçularını itirməkdə davam edir.
Sportal.az xəbər verir ki, Andre Şürrlenin səhhətində problem aşkarlanıb. Buna görə futbolçu "Avro-2016"-nın seçmə mərhələsində bu gecə İrlandiya millisi ilə qarşılaşmada iştirak etməyəcək.
Xatırladaq ki, Almaniya millisində Bastian Şvayntşayger, Məsut Özil, Sami Xedira, Marko Roys da zədə səbəbindən İrlandiyaya qarşı oyunda meydanda çıxmayacqlar.