İntizam Komitəsinin qərarı
İntizam Komitəsinin 10-№ li protokoluna əsasən 09 oktyabr 2014-cü il U-16 Liqasının “İnter” – “Simurq” matçının 51-ci dəqiqəsində “Simurq” klubunun 7 №-li futbolçusu Ceyhun Rəcəbli dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır.
Sportal.az xəbər verir ki, sonradan məlum olmuşdur ki, hakim protokala qırmızı vərəqə alan 7 №-li futbolçu Anar Davudovun əvəzinə 11 №-li futbolçu Ceyhun Rəcəblinin adını qeyd etmişdir. Bu səbəbdən də İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
11 №-li futbolçu Ceyhun Rəcəblinin aktivindən qırmızı vərəqə silinir və verilmiş cəza ləğv olunur.
“Simurq” klubunun 7 №-li futbolçusu Anar Davudov dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 5 oyunluq cəza verilir (maddə 39.1).
Hakimlər Komitəsi hakim haqqında müvafiq tədbir görüb İntizam Komitəsinə bildirsin.
saytlarin hazirlanmasi